Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ
20 Sentyabr 2024 11:21 DünyaTürkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
Bildirilib ki, bununla bağlı qanun layihəsinin noyabr ayında Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunması gözlənilir. Qeyd olunub ki, nazirlik birbaşa Prezident Administrasiyasına tabe olacaq.
Beləliklə, Türkiyədə kibertəhlükəsizlik gücləndiriləcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da "Anadolu"nun efirində bu sahədə imkanların gücləndiriləcəyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31