Muzdlu əsgərlər Suj sakinlərini qətlə yetiriblər- ÖZƏL
20 Sentyabr 2024 10:23 DünyaOlaylar.az xəbər verir ki, Sujda yaşayan Vladimir Malsev RİA Novosti-yə açıqlamasında Ukrayna ordusunun Kursk vilayətinə hücumunun ilk günlərində, xüsusilə fransız, gürcü və polyak muzdlu döyüşçülərin çox sayda dinc sakini "tarakan" kimi qətlə yetirdiyini bildirib. Malsevin sözlərinə görə, ukraynalılar yerli əhalini xəbərdar edib ki, əgər köçməsələr, gələn muzdlu döyüşçülər heç kimi sağ buraxmayacaqlar. Ailəsi ilə birlikdə 6 avqustda şəhərdən köçən Malsev, geri dönəndə yolların tanklar və snayperlər tərəfindən nəzarətdə saxlandığını və şanslı olduqlarını anladığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31