Tramp azad olunan rusiyalı əsiri qucaqladı- ÖZƏL

Olaylar.az xəbər verir ki, keçmiş Amerika lideri Donald Tramp HƏMAS tərəfindən əsirlikdən azad olunan Rusiya vətəndaşı Andrey Kozlov ilə birgə çıxış edib. Bu, Vaşinqtonda keçirilən İsrail-Amerika Şurası (IAC) sammiti zamanı baş verib.

Tramp, çıxışı zamanı, Kozlovun səkkiz ay ərzində HƏMAS tərəfindən əsir götürüldüyünü deyib. Daha sonra siyasətçi Kozlovu səhnəyə dəvət edərək, onun öz hekayəsini bölüşməsini istəyib.

Kozlov səhnəyə çıxdıqdan sonra Tramp onu qucaqlayıb və əlini sıxıb. 

"Bir qədər utanıram. İndi Trampa çox yaxınam və utanıram," - deyə Rusiya vətəndaşı səhnədə bildirib.

O, bütün iştirak edənlərə minnətdarlığını bildirib və azadlığı üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31