“ABŞ Türkiyə banklarını sanksiyalarla hədələyib”

"ABŞ nümayəndələri Türkiyənin maliyyə müəssisələrinin rəsmiləri ilə görüşlər keçirib. Bu təmaslar zamanı ABŞ nümayəndə heyəti onları Rusiya ilə maliyyə əməliyyatlarını davam etdirəcəkləri təqdirdə sanksiyalarla hədələyiblər".

Olaylar xəbər verir ki, bu barədə məlumatı Türkiyədə maliyyə konsaltinqi sahəsində mənbəyə istinadən TASS yayıb. 

"ABŞ-dən nümayəndə heyətinin gəlməsi doğrudur. Onların nümayəndələri banklarımızı Rusiya ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi halında gizli sanksiyalar ilə hədələyiblər", - deyə mənbə qeyd edib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31