BMT baş katibi Livandakı partlayışlardan danışıb

Mülki obyektlərin hədəfə çevrilməsinə qadağa dünya birliyində ölkələr üçün qaydaya çevrilməlidir​.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

Baş katib Assambleyanın 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi ərəfəsində keçirdiyi mətbuat konfransında Livanda mobil qurğuların partladılmasını şərh edərkən, mülki obyektlər üzərində nəzarətin saxlanmasının tərəfdarı olduğunu qeyd edib.

Qeyd edək ki, Livanın cənubunda yenidən partlayışlar baş verib. Partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31