“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

"SpaceX" şirkətinə məxsus "Falcon 9" daşıyıcı raketi Avropanın "Galileo" proqramına aid iki naviqasiya peykini orbitə çıxarıb.

Olaylar xəbər verir ki, daşıyıcı raket ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:50-də Florida ştatındakı Kanaveral burnundan start götürüb.

Təxminən üç saat yarımdan sonra peyklər nəzərdə tutulan orbitə çıxarılıb.

Beləliklə, FM26 və FM32 peykləri Avropa İttifaqı və Avropa Kosmik Agentliyi tərəfindən 2016-cı ildə yaradılan Avropa naviqasiya sisteminin 23 min kilometr yüksəklikdə yerləşən qlobal orbital qruplaşmasına qoşulub.

Qeyd edək ki, 10 milyard avro dəyərində olan "Galileo" proqramının məqsədi Amerikanın GPS və Rusiyanın QLONASS sistemindən asılı olmayan yüksək dəqiqlikli naviqasiya sistemi yaratmaqdır. Peyklər bir metrədək dəqiqliklə məlumatlar ötürə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31