İranın Moskvadakı səfiri Xovayevlə görüşdü

İranın Moskvadakı səfiri Kazım Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.

Bildirilib ki, tərəflər Cənubi Qafqazda vəziyyəti və regionda əməkdaşlığın vacibliyinə dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranda səfərdə olub, Prezident Məsud Pezeşkianla görüşüb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31