Səfirimizə hücum edilib: qisas alınmalıdır - İran rəsmisi

Livanda millətimizin simvolu olan səfirə hücum edilib və buna görə ən qısa zamanda İsrailə qəti cavab verilməlidir.

Olaylar xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komisiyasınn üzvü Əlaəddin Brucerdi deyib.

O, Beyrutda peycerlərin partlamasında ABŞ-ın "Motorolla" şirkətinin rolu olduğunu iddia edib və buna görə dünya ölkələrini bu şirkətə qarşı sanksiya tətbiq etməyə çağırıb.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda İsrailin kiberhücumu ilə rabitə cihazlarının partlaması nəticəsində İran səfiri bir gözünü itirib, başqa gözü isə zədələnib. Ümumilikdə 11 nəfər ölüb, 4 min nəfər isə yaralanıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31