Tramp ABŞ-ın Rusiya və Çinlə əməkdaşlıqdan faydalanacağına inanır - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ Rusiya və Çinlə əməkdaşlıqdan imtina etməməlidir.

"Çin ilə iş görmək yaxşı şeydir, lakin ədalətli razılaşma lazımdır. Rusiya ilə iş görmək - onların çoxlu xam mineralları var. Biz böyük iş görə bilərik və hamını xoşbəxt edə bilərik", - Tramp Flintdəki mitinqdə deyib.
O, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu bir daha vurğulayıb.
Tramp müsahibəsində Rusiya və Çini ABŞ-ın düşməni hesab etmədiyini bildirib. O, prezident seçiləcəyi təqdirdə bu ölkələrlə anlaşacağına söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31