Pentaqon: Ukrayna F-16-ları riskli əməliyyatlarda istifadə etməyə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Avropa və Afrika Hava Qüvvələrinin komandanı general Ceyms Hekker, Ukrayna hərbçilərinin Amerikanın F-16 döyüş təyyarələrini ən təhlükəli əməliyyatlarda istifadə etməyə bilər, çünki pilotların təcrübəsi çatışmır, bildirib.

Hekker, Meryland ştatında keçirilən konfransda pilotların yeni olduğunu və bu səbəbdən F-16-ların ən riskli missiyalarda istifadə edilməyəcəyini açıqlayıb. General, Pentaqonun artıq bir neçə ukraynalı pilotu və döyüş təyyarələrinin texniki xidmətinə cavabdeh mütəxəssisləri hazırladığını, lakin bu prosesin müəyyən vaxt aldığını əlavə edib. Eyni zamanda, Rusiya ordusunun F-16-lara qarşı mübarizə qabiliyyətini artırdığına da diqqət çəkib.

Avqustun sonunda, Ukraynaya Qərbdən verilmiş ilk F-16 döyüş təyyarəsinin qəzaya uğradığı məlum olub. Versiyalardan birinə görə, təyyarə Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31