ABŞ-nin Livandakı pleycer partlayışlarına qarışmış ola biləcəyi bildirilib- ÖZƏL
18 Sentyabr 2024 12:17 DünyaOlaylar.az xəbər verir ki, ABŞ, Livandakı pleycer partlayışlarına birbaşa qarışmış ola bilər, - deyə hərbi ekspert Omar Maarabuni bildirib. Hadisə nəticəsində 11 nəfər həyatını itirib, təxminən 4 min nəfər yaralanıb.
Maarabuni, hadisə üçün məsuliyyət daşıya biləcək tərəflərin Böyük Britaniya, İsrail və ya ABŞ olduğunu qeyd edib, həmçinin bu üç ölkənin birgə əməliyyatı ola biləcəyini vurğulayıb. Livandakı pleycerlərin kütləvi partlaması 17 sentyabrda baş verib və bəzi KİV-lər İsrailin xüsusi xidmətlərinin "Hizbullah" üzvlərini hədəf alaraq bu cihazları hack etməsi ehtimalını irəl sürüb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi hadisənin araşdırılması lazım olduğunu bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31