İran səfiri partlayışda gözünü itirib
18 Sentyabr 2024 10:16 DünyaXəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.
Olaylar xəbər verir ki, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb.
İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir.
Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.
Xatırladaq ki, sentyabrın 17-də Beyrutda "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31