İlon Mask: "Tramp seçilməsə, Amerika təhlükədədir" - ÖZƏL

Olaylar.az xəbər verir ki, amerikalı milyarder İlon Mask belə bir fikir səsləndirib ki, əgər Donald Trump qarşıdan gələn seçkilərdə ABŞ prezidenti seçilməzsə, ölkə tiraniyaya doğru gedə bilər.

Mask Twitter-də yazıb: "Əgər Trump seçilməsə, Amerika təhlükə ilə üz-üzə qalacaq. O, qalib gəlməlidir."

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokrat Partiyasından hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasından isə keçmiş prezident Donald Trump namizəd olacaq.

Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenə qarşı sui-qəsd haqqında yazmışdı. Musk bildirib ki, indiyə qədər heç kim Baydeni və vitse-prezident Kamala Harrisi öldürməyə cəhd etməyib. Halbuki son aylarda Trump-a artıq ikinci dəfə hücum edilib. Ağ Ev isə Musk-ın bu paylaşımını tənqid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31