Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edildi

Fransanın xarici işlər naziri Stefan Sejurne Avropa Komissiyasının (AK) vitse-prezidenti ola bilər.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifə ona AK rəhbəri Ursula fon der Lyayen tərəfindən təklif edilib.

Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentindəki çıxışı zamanı Stefan Sejurnenin şirkətlərin rifahı, investisiya və innovasiyalar, iqtisadi sabitlik, ticarət və iqtisadi təhlükəsizlik üçün şərait yaradılması işinə rəhbərlik edəcəyini bildirib.

"Mən Stefan Sejurneyə sənaye strategiyası və sənaye üzrə vitse-prezident vəzifəsini təklif etdim", - AK rəhbəri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31