Artıq ən varlı ikinci adam deyil
17 Sentyabr 2024 11:50 Dünya"Amazon"un qurucusu Ceff Bezos planetin ən varlı insanları siyahısında bir pillə geriləyib.
Olaylar xəbər verir ki, bu barədə "Forbes" jurnalının yeni reytinq cədvəlində bildirilib.
"Oracle" korporasiyasının rəhbəri Larri Ellison 206,5 milyard dollar sərvəti ilə Bezosu (202,9 dollar) qabaqlayaraq siyahıda ikinci yeri tutub. Beləliklə, Bezos üçüncü yerdə qərarlaşıb.
Qeyd olunub ki, Ellisonun sərvəti bir gündə 8,8 milyard dollar artıb.
Siyahıda "SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask lider olaraq qalır. "Forbes" onun sərvətini 250,8 milyard dollar qiymətləndirir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31