Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar SƏFƏRDƏDİLƏR
17 Sentyabr 2024 11:20 DünyaTacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Onun səfərinin məqsədi dövlət başçılarının "Mərkəzi Asiya-Almaniya" görüşündə iştirak etməkdir.
Bu gün səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov da Astanaya işgüzar səfərə gəlib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts sentyabrın 15-dən Qazaxıstandadır və artıq ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Astanada keçirilən danışıqlardan sonra iki ölkə arasında əməkdaşlıq haqqında birgə Bəyannamə imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31