ABŞ İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya TƏTBİQ ETDİ
17 Sentyabr 2024 11:15 DünyaABŞ son həftələr ərzində İran müəssisələrinə və fiziki şəxslərinə qarşı 500 sanksiya tətbiq edib.
Olaylar.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.
Onun sözlərinə görə, sanksiyaların bəziləri insan hüquqlarının tapdanması ilə bağlıdır.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər siyahısında İranın nüvə proqramı və raket satışı ilə bağlı məsələlər də var. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31