İran Prezidenti ABŞ-a səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

Olaylar.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian sentyabrın 24-də Baş Assambleyanın sessiyasında müxtəlif məsələlər üzrə İranın mövqeyinə, baxışına dair çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31