Əgər Putin Ukraynada qalib gəlsə... - Stoltenberq

Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadə etməyə icazə verib-verməməsi ayrı-ayrı ölkələrdən asılı olacaq.

Olaylar xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq LBC telekanalına müsahibəsində deyib.

"Bu qərarlar alyansın ayrı-ayrı üzvlərinin qəbul etməli olduğu qərarlardır, lakin bizim bu məsələlərlə bağlı yaxından məsləhətləşməyimiz vacibdir", - o bildirib.

Eyni zamanda, o vurğulayıb ki, müharibədə risksiz heç bir seçim yoxdur.

"Avropada Moskvanın başladığı genişmiqyaslı müharibə var, amma inanıram ki, bizim üçün ən böyük risk Ukraynada Prezident Putinin qələbəsi olacaq". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31