Trampa sui-qəsd cəhdinə Rusiyadan reaksiya

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rut ilə Ukrayna arasında əlaqələr Kremlin yox, ABŞ kəşfiyyat orqanlarının başağrısı olmalıdır.

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Burada düşünməli olan biz yox, ABŞ xüsusi xidmət orqanlarıdır. Hər halda odla oynamağın öz nəticəsi var. Bu, ABŞ kəşfiyyat orqanları üçün böyük narahatlıq və başağrısı olmalıdır", - o bildirib.

Qeyd edək ki, ötən gün Trampa sui-qəsd cəhdi edən şəxsin Ukraynada döyüşmək istədiyi, Rusiyaya qarşı çağırışlar etdiyi üzə çıxıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31