""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

İyun ayında Almaniyada aşkarlanan "Covid XEC" variantı sürətlə yayılır.

Olaylar.az bildirir ki, mütəxəssislər artıq bu istiqamətdə xəbərdarlıq ediblər. Məlumata görə, havalar soyuduqca sözügedən virus daha da təsirli ola bilər.

Qeyd olunub ki, "Covid XEC" üç qitənin 15 ölkəsində aşkar edilib. ABŞ-də yerləşən "Scripps" araşdırma institutunun direktoru Erik Topol "Dünyada və ABŞ-də hələ yeni aşkarlanıb. Virusun yeni dalğasının başlaması bir neçə ay çəkəcək. Bu, növbəti variant kimi görünür" deyib.

ABŞ-də yerləşən səhiyyə şirkəti "Kaiser Permanente"nin mütəxəssisi Elizabet Hudson isə bu variantın Qərbi Avropada yayıldığını qeyd edib: "Virus orada sürətlə yayılır, lakin ABŞ-də vəziyyət belə deyil".

Məlumata əsasən, KS.1.1 və KP.3.3 variantlarının qarışığı olan "Covid XEC" qrip və soyuqdəymə kimi ümumi xəstəliklərdə müşahidə olunanlara bənzər simptomlara səbəb olur. Bunlara yüksək hərarət, davamlı öskürək, dad və ya qoxu itkisi, nəfəs darlığı, yorğunluq və ya halsızlıq hissi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31