Aİ Rusiya ilə yaxınlaşmasına mane olmaq üçün Çinlə əlaqə qurmaq niyyətindədir - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib ki, Avropa İttifaqı ölkənin Rusiya ilə yaxınlaşmasını dayandırmaq üçün Çin hakimiyyəti ilə fəal əməkdaşlıq etməyi planlaşdırır.
Avropa diplomatiyasının rəhbəri Euractiv portalına deyib : "Biz Rusiya ilə artan ittifaqın qarşısını almaq üçün Çinlə fəal şəkildə əlaqə qurmaq istəyirik". 
Borrel əlavə edib ki, Aİ-Çin münasibətlərinin vəziyyətinə Pekinin Ukrayna münaqişəsi çərçivəsində Moskvaya dəstək verməsi təsir edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31