Ər-Riyad Tehrana təzyiqləri artırmağa çağırdı
16 Sentyabr 2024 13:49 DünyaSəudiyyə Ərəbistanı Yəmən husilərinin bölgədə artan təhdidlərindən narahatlığını ifadə etməklə yanaşı, husilərə silah tədarükünün qarşısını almaq üçün İrana beynəlxalq təzyiqləri gücləndirməyə çağırıb.
Olaylar xəbər verir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanının yüksək rütbəli kəşfiyyat rəsmisi və keçmiş diplomatı Türki əl-Feysəl Londonda "Chatham House" beyin mərkəzində etdiyi son çıxışında İran hökumətinin husilərə davamlı dəstəyindən Ər-Riyadın narazılığını ifadə edib.
"İran hökumətinə artan təzyiqlər Yəmən husilərinin raket və pilotsuz təyyarə imkanlarının azalmasına müsbət təsir göstərəcək. Husilər indi Bab əl-Məndabın Qırmızı dənizə girişində dünyanı girov saxlayırlar", - Türki əl-Feysəl qeyd edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31