Rusiyadan Belaya Tserkov yaxınlığında Ukrayna milli batalyonuna zərbə- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya ordusu gecə saatlarında Kiev bölgəsindəki Belaya Tserkov yaxınlığında Ukrayna milliçilərinin mövqeyinə zərbə endirib. Bu barədə Nikolayevdəki müxalifət koordinatoru Sergey Lebedev öz Telegram kanalında məlumat yayıb.

Lebedev, Belaya Tserkov və ətrafının dəqiq şəkildə hədəfə alındığını qeyd edib. Onun sözlərinə görə, Ukraynanın "Kraken" və ya "Azov" adlı milli batalyonlarından birinin dislokasiya yerinə iki zərbə endirilib. Ölənlərin sayı açıqlanmayıb.

Daha əvvəl Lebedev, Rusiya ordusunun Kiev yaxınlığında Ukraynanın gizli anbarına üçlü zərbə endirdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31