Fransanın Aİ komissarı istefa verib

Tyerri Breton Avropa Komissiyasının üzvü olaraq fəaliyyətini sona yetirdiyini açıqlayıb.

Olaylar xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.

Breton istefa qərarını qəbul etməsinin səbəbi olaraq Avropa Komissiyasının rəhbərliyi ilə arasında olan uyğunsuzluqları və idarəetmə problemlərini göstərib.

Həmçinin, Breton Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin qərarların şəffaflığı və ədalətliliyi məsələlərində narazılığını bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31