Ukraynada prezident seçkiləri keçirilə bilər - Deputat TƏLƏB ETDİ

Ukraynada prezident seçkiləri keçirilə bilər.

Olaylar.az bildirir ki, bununla bağlı Ali Radanın deputatı Aleksandr Dubinski iddia qaldırıb. O, ölkə parlamentindən prezident seçkilərinin təyin edilməsini tələb edib.

Bu gün isə məhkəmə sözügedən iddiaya baxacaq.

"Bazar ertəsi Ukrayna məhkəməsi Ali Radanın deputatı Aleksandr Dubinskinin Ukrayna parlamentinin prezident seçkilərini təyin etməyə məcbur edilməsi tələbi ilə bağlı iddiasına baxacaq", - "RİA Novosti" məlumat yayıb.

Ukrayna lideri Volodimir Zelenski isə hesab edir ki, hazırkı şəraitdə seçkilərin keçirilməsi lazım deyil.

Qeyd edək ki, Ukrayna Konstitusiyası ölkədə hərbi vəziyyətin olduğu bir vaxtda prezident seçkilərinin keçirilməsini qadağan edir. Digər tərəfdən, hazırkı dövlət başçısının 5 illik səlahiyyət müddəti mayın 20-də başa çatıb. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31