Latviyada hərbi xidmətdən yayınanlar 90 avro cərimə olunurlar- ÖZƏL

Olaylar.az xəbər verir ki, Latviyada Milli Silahlı Qüvvələrə çağırış başlayıb. Ancaq məlum olub ki, bütün gənclər Latviyanın Milli Silahlı Qüvvələrində əsgər olmaq istəyində deyil.  

İctimai-siyasi münasibətlər sahəsi üzrə mütəxəssis Yurqis Liepnieksin sözlərinə görə, rəsmi çağırış sənədi alan bütün kişilər xidmətə getmir. O əlavə edib ki, bu səbəbdən Şimali Avropa ölkəsinin vətəndaşları 90 avro məbləğində cərimələnə bilər. Yurqis Liepnieks baş verənləri dəhşətli bir hadisə adlandırıb və Latviyanın hökumətinin bu məsələni həll etməli olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31