ABŞ Polisi Trampa qarşı sui-qəsdin Ukrayna ilə bağlantısını araşdırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, dünən axşam ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın həyatına növbəti sui-qəsd cəhdi baş verib. Hüquq-mühafizə orqanları bütün versiyaları araşdırır, ABC telekanalı mənbələrə istinadən məlumat verib.

Belə ki, onların bildirdiyinə görə, siyasətçinin Ukrayna böhranı ilə bağlı mövqeyi 58 yaşlı Rayan Uesli Rutun cinayət törətməsinə əsas yarada bilərdi. Ehtimal edilir ki, şübhəli Trampın Ukraynaya dair siyasətindən narazı olub.

Əvvəllər məlumat verilmişdi ki, Rut Ukrayna ərazisini aktiv şəkildə ziyarət edib. Bundan əlavə, o, Kiyev rejimini dəstəkləyib və onlara əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb edib. Şübhəli həmçinin ABŞ vətəndaşlarına müraciət edərək, onları muzdlu kimi yazılmağa və Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31