Rusiya ilə Ukrayna arasında 103 əsirin mübadiləsi olub

Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də 103 nəfər əsirin qarşılıqlı mübadiləsi baş tutub.

Olaylar bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutan proses nəticəsində geri qaytarılan Rusiya hərbçilərinin hamısı vaxtilə Kursk ərazisində əsir götürülüb.

Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.

Nazirlik hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcəyini də açıqlayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31