Sankt-Peterburqda Telegram və WhatsApp qadağan edildi- ÖZƏL
13 Sentyabr 2024 15:44 DünyaOlaylar.az xəbər verir ki, Sankt-Peterburq qubernatorunun müavini Stanislav Kazarin aparatından verilən məlumata görə, region hökumətinin əməkdaşlarına Telegram və WhatsApp-dan istifadə etmək qadağan edilib.
Alternativ olaraq işçilərə yerli istehsal olan eXpress adlı mesajlaşma proqramı təklif edilib. Qubernator aparatında bu tədbir, xidməti yazışmaların komprometasiya, məhv edilmə və ya dəyişdirilmədən qorunması məqsədilə həyata keçirildiyi bildirilib.
Bundan əvvəl Rusiyada Wix adlı sayt qurma konstruktoru, Miro interaktiv lövhəsi və Coda əməkdaşlıq platforması kimi üç Amerika onlayn xidmətinin fəaliyyətini dayandırdığı məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31