Rusiya və Çin arasında strateji tərəfdaşlıq sülhə, sabitliyə zəmanət verir — ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Pekin Syanşan Forumunda bildirib ki, Rusiya-Çin strateji tərəfdaşlığı sülh və sabitliyin təminatçısıdır.
"Çin Rusiyanın dünya arenasında əsas tərəfdaşlarından biridir. Moskva ilə Pekin arasındakı münasibətlər dövlətlərarası əməkdaşlıq modelidir. Rusiya-Çin strateji tərəfdaşlığı sülh və sabitliyin təminatçısıdır", - o, forumun plenar iclasında deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31