Rusiya və Türkiyə Krımın statusu ilə bağlı razılaşmır - ÖZƏL
13 Sentyabr 2024 15:23 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yarımadanın Ukraynaya mənsub olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Krımın statusu məsələsi Moskva və Ankara arasında fikir ayrılıqları arasında qalır, lakin Rusiya türk dostlarını öz mövqeyinin doğru olduğuna inandırmaq üçün çox çalışır.
"Bu məsələ türk dostlarımız arasında mövcud olan fikir ayrılıqlarından biridir", - Peskov bildirib.
"Biz türk dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi daha da izah etmək üçün sistemli cəhdlərimizdən əl çəkmirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31