Böyük Britaniya ilə diplomatik münasibətləri kəsməkdən söhbət gedə bilməz - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda Böyük Britaniya ilə diplomatik münasibətlərin kəsilməsindən söhbət gedə bilməz.
O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı hesabatını şərh edərkən deyib: "Bunu heç kim müzakirə etmir".
Rusiya təhlükəsizlik xidmətinin anonim nümayəndəsi "Rossiya-24" telekanalına bildirib ki, altı britaniyalı diplomat Rusiyada Britaniyanın casusluq fəaliyyətinə dözmək mümkün olmadığı üçün Rusiyadan qovulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31