Peskov Ukraynanın taxıl gəmisinə zərbə ilə bağlı ittihamlarına cavab verib - ÖZƏL
13 Sentyabr 2024 13:55 DünyaOlaylar.az xəbər verir ki, Rəsmi Moskva, Ukrayna Prezidenti Vladimir Zelenskidən Rusiya Silahlı Qüvvələrinin Qara dənizdə taxıl daşıyan gəmisinə zərbə endirdiyinə dair ittihamlar ilə bağlı bəyanatları görmədiyini bildirib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə 13 sentyabrda verdiyi açıqlamada, bu məsələnin xüsusi hərbi əməliyyatla bağlı ola biləcəyini vurğulayıb.
Zelenski öz Telegram kanalında Rusiya raketinin taxıl daşıyan gəmisinə zərbə endirdiyini iddia edib və hadisənin nəticəsində xəsarət alanların olmadığını bildirib. O, beynəlxalq reaksiyanı gözlədiklərini əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31