Türkiyənin 81 vilayətində əməliyyat keçirilib
13 Sentyabr 2024 12:22 DünyaSilah qaçaqmalçılığı və icazəsiz silah daşıyanlara qarşı 81 vilayətdə həyata keçirilən chr("39")Mercek-25chr("39") əməliyyatlarında 2738 silah ələ keçirilib, 2459 şübhəli ilə bağlı tədbir görülüb.
Olaylar-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tərəfindən "X" sosial şəbəkə hesabında paylaşılıb.
"İcazəsiz silah qaçaqçılarına qarşı mübarizəni davam edəcəyik. Sizin dualarınız və dəstəyinizlə, öz qaranlıq nizamlarının hökmranlığını istəyən cinayət qrupları ilə mübarizəmiz dayanmadan davam edir", - Ali Yerlikaya qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31