Zelenski və Bayden görüşü... - Ağ Ev təsdiqləmədi
13 Sentyabr 2024 10:27 DünyaAğ Ev sentyabrın 24-dən 30-na kimi keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ və Ukrayna liderləri - Co Bayden və Vladimir Zelenski arasında görüşün olacağını hələ elan edə bilmir.
Olaylar xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
"Hazırda mən BMT BA-nın yüksək səviyyəli həftəsi ilə bağlı hər hansı təfərrüatı təsdiq edə bilmərəm. Daha sonra daha çox məlumat verə biləcəyik", - deyə o bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31