Türkiyəli deputatdan Maska: "118 minə "İphone 16"-nı kim alacaq?" - VİDEO

Türkiyəli millət vəkili paylaşımı ilə diqqət çəkib.

Olaylar bildirir ki, o, sosial media hesabından video paylaşaraq İlon Maska səslənib. "Apple" yeni "iPhone 16" modellərinin ölkəsində olan qiymətinə etirazını bildirən millət vəkili 118 min lirəyə bu mobil telefonu almağa adam tapılmayacağını deyib.

Sözügedən videmüraciət müzakirələrə səbəb olub.

Qeyd edək ki, şirkət artıq 21 ölkədə yeni məhsulların qiymətlərini açıqlayıb. Ən aşağı qiymətlər ABŞ, Kanada və Yaponiyada, ən yüksək qiymətlər isə Türkiyə və Braziliyadadır. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31