İslam ölkələri arasında sərhədlər ləğv olunsun - İran prezidenti

İran Avropa İttifaqının təcrübəsi kimi islam ölkələri arasında sərhədlərin ləğv olunmasına doğru hərəkət edilməsini istəyir.

Bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 sentyabr) Bağdadda İraq prezidenti Əbdüllətif Rəşidlə görüşdə deyib.

Onun sözlərinə görə, bunun üçün islam ölkələrinin müştərək birliyinin təşkil olunması zəruridir.

Pezeşkian deyib ki, islam ölkələri arasında birliyin gücləndirilməsi müxtəlif sahələrdə inkişafla nəticələnəcək. Eləcə də, islam ölkələri əleyhinə sanksiyaların tətbiqinin təsirsiz olmasına səbəb olacaq.

Qeyd edək ki, İran prezidenti bu gün yüksək səviyyəli heyətin müşayiəti ilə ilk xarici səfəri olaraq İraqa gedib. İran prezidentinin səfərinin 3 gün davam edəcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31