Murmansk vilayətinin Xibini hava limanı uçuşları dayandırıb — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Murmansk vilayətinin Apatiti şəhərindəki Xibini hava limanı uçuşları müvəqqəti olaraq dayandırıb.
Əvvəllər Murmansk hava limanının işi də məhdud idi.
"Moskva vaxtı ilə səhər saat 10:30-dan mülki uçuşların təhlükəsizliyini təmin etmək üçün Murmansk vilayətindəki daha bir obyektin - Apatitı hava limanının işinə də müvəqqəti məhdudiyyətlər qoyulub", - Rusiya aviasiya agentliyi bildirir. 
"Hava limanı reysləri qəbul etmir və göndərmir", - departament əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31