Kreml ABŞ namizədlərini Putinin adını çəkməməyə çağırdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kreml ABŞ prezidentliyinə namizədləri Rusiya Prezidenti Vladimir Putinin adını "rahat buraxmağa" çağırır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, Moskva Donald Tramp və Kamala Harrisin debatlar zamanı Vladimir Putinin və Rusiyanın adını çəkdiyinə diqqət yetirib. Kreml, Rusiya Prezidentinin şəxsiyyətinin ABŞ-də daxili siyasi mübarizə aləti kimi istifadə olunmasından narazıdır. 

Peskov əlavə edib: "Biz hələ də ümid edirik ki, onlar prezidentimizin adını rahat buraxacaqlar."

Əvvəlki məlumatlara görə, Tramp və Harris teledebatlar zamanı ən azı 12 dəfə Putinin adını çəkiblər. Bundan əlavə, onlar 10 dəfədən çox Kiyev və Moskva haqqında danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31