NATO-nun yeni baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni baş katibi Mark Rutte oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

Olaylar xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti bəyanat yayıb.

"Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun Baş katibi kimi fəaliyyət müddəti başa çatacaq. Onun yerinə Niderlandın keçmiş baş naziri Mark Rutte gələcək", - mətbuat xidmətinin mətnində qeyd olunur.

Qeyd edək ki, Ruttenin Alyansın başçısı vəzifəsinə təyin edilməsi haqqında qərar 26 iyun tarixində elan edilib. 32 NATO ölkəsinin səfirləri Şimali Atlantika Alyansının toplantısında bu təyinata razılıq veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31