Qızıl Aypara Cəmiyyəti Qərb Sahilindəki missiyalarına qarşı 750-dən çox pozuntu hesablayıb - ÖZƏL
11 Sentyabr 2024 14:27 DünyaFələstin Qızıl Aypara Cəmiyyəti keçən oktyabr ayından bu yana İordan çayının qərb sahilində işçilərinə və xəstələrinə qarşı 750-dən çox pozuntu qeydə alıb.
Olaylar.az xəbər verir ki, bu barədə humanitar təşkilatın bəyanatında deyilir.
"Qəzza zolağında qarşıdurma başlayandan bəri Fələstin Qızıl Aypara Cəmiyyəti İordan çayının qərb sahilində təşkilatın təcili yardım maşınlarında olan tibbi missiyalarına, xəstələrinə, eləcə də yaralılara qarşı 750-dən çox pozuntu qeydə alıb", - sənəddə deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31