ABŞ və ATƏT DTİHB Gürcüstandakı seçkiləri gözdən salmaq üçün sui-qəsd hazırlayır — ÖZƏL

ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə "əməkdaşlığa" razılaşıb.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat xidməti bildirib.
"SVR-a daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti Vaşinqtonun bəyənmədiyi, hazırda hakim olan "Gürcü Arzusu" partiyasının qələbəsinin qarşısını almaq üçün oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə yeni müdaxilə vasitəsi ilə məşğul olmaq niyyətindədir.
Amerikalılar Gürcüstan yolunda ATƏT-in DTİHB rəhbərliyi ilə "əməkdaşlıq" etməyə razılaşıblar", - deyə agentlik əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31