Böyük Britaniya daha 10 Rusiya gəmisini sanksiyalar siyahısına əlavə edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniya daha on rus gəmisini qara siyahıya əlavə etməklə Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yenilənmiş sənəd Böyük Britaniya Xəzinədarlığının saytında dərc edilib.
Sənədə əsasən, gəmilərin Ukraynada sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə iştirak etdiyi və onun suverenliyi və müstəqilliyinə təhlükə yaratdığı iddia edilir. Londonun məlumatına görə, onlar üçüncü ölkələrə Rusiya mənşəli neft və neft məhsullarını daşıyırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31