İsrail ordusunun helikopteri Qəzzada qəzaya uğradı - 2 hərbçi ölüb
11 Sentyabr 2024 12:49 Dünyaordusunun helikopteri Qəzzada qəzaya uğrayıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus "Yanşuf" helikopteri Qəzzanın Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb.
Qəza nəticəsində iki İsrail əsgəri həlak olub, bir neçə nəfər isə yaralanıb.
Qəzanın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31