Zaxarova: ABŞ diz çöküb, dünyaya oğurladıqlarını necə qaytaracağını düşünməlidir- ÖZƏL
11 Sentyabr 2024 11:02 DünyaOlaylar.az xəbər verir ki, ABŞ dünyaya oğurladıqlarını geri qaytarmağı düşünməlidir, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosuna verdiyi açıqlamada bildirib. O, ABŞ-nin dövlət borcunun hər gün milyonlarla dollar artdığını və bütün dünyanın bunun geri qaytarılmayacağını bildiyini vurğulayıb.
"Dünya qarşısında baş əyib, necə geri qaytaracaqlarını düşünməli, tövbə etməli və bağışlanma diləməlidirlər. İndi bu borclar onlarla trilyon dollar təşkil edir," - Zaxarova əlavə edib.
Fox Business-in məlumatına görə, ABŞ-nin dövlət borcu 35 trilyon dolları keçib və yaxın onillikdə 54 trilyon dollara çatacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31