Krımın keçmiş FHN rəhbəri səlahiyyətlərini aşdığına görə həbs edilib- ÖZƏL
11 Sentyabr 2024 10:40 DünyaOlaylar.az xəbər verir ki, avqust ayında istefa verən Krım FHN rəhbəri səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edilib.
Krımın FHN-nin keçmiş rəhbəri Sergey Sadakliyev, səlahiyyətlərini aşdığına görə həbs edilib. Məlumata görə, o, iki ay müddətində həbsdə qalacaq. Həbs qərarını Simferopolun Kiyev rayon məhkəməsi qəbul edib.
Sadakliyev 2021-ci ilin fevralında Fövqəladə Hallar Nazirliyinin Krım şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib və avqust ayında öz istəyi ilə istefa verib.
Qeyd edək ki, daha əvvəl səlahiyyətlərini aşmaq ittihamı ilə axtarışda olan Maqasın keçmiş meri Usman Auşev də həbs edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31