WSJ: Qərb Kiyevdən Rusiya ilə münaqişədə daha real plan gözləyir- ÖZƏL
11 Sentyabr 2024 10:13 DünyaOlaylar.az xəbər verir ki, Qərb dövlətləri Kiyevi Rusiya ilə münaqişədə daha real addımlar və məqsədlər qoymağa çağırır. The Wall Street Journal-ın yazdığına görə, yeni planın 2025-ci ildə həyata keçirilməsi mümkün olmalıdır.
Məqalədə qeyd olunur ki, ABŞ və Avropa ölkələri hələ də Ukrayna Prezidenti Vladimir Zelenskinin itirilmiş ərazilərin geri qaytarılması ilə bağlı məqsədini dəstəkləyir. Lakin bəzi Avropa diplomatları vurğulayıblar ki, Kiyev daha realistik hədəflər müəyyən etməlidir.
Bu, Qərb siyasətçiləri üçün vacibdir, çünki onlar öz seçicilərinə Ukraynaya hərbi yardımların davam etdirilməsinin zəruriliyini izah etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31