Bayden Tramp-Harris debatını bu şəhərdən izləyəcək

ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın ilk debatını Nyu-Yorkdan izləyəcək.

Olaylar xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. Onun sözlərinə görə, Bayden 11 sentyabr hadisələrinin ildonümü ilə bağlı Nyu-Yorkda səfərdə olacaq.

Qeyd edək ki, sentyabrın 10-da yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 11 sentyabr saat 05.00) "ABC Nyus" kanalında Kamala Harris və Donald Trampın ilk debatı təşkil olunacaq. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31