İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sentyabr 2024 22:25 Dünyaİsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Mənsuri və Ət-Tiri bölgələrində Hizbullah təşkilatının bir neçə buraxılış qurğusuna zərbə endirib.
Olaylar xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Ət-Tiridəki buraxılış qurğusunu vurduqdan sonra ondan daha bir raket buraxılıb", - məlumatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Rahaf bölgəsində Hizbullah hərbi strukturuna da zərbə endirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31